rasional nədir, rasional nəyə aiddir?
[ lat. ] Ağıl və məntiqə əsaslanan; ağıllı, məqsədəuyğun, məqsədəmüvafiq. Xammaldan rasional surətdə istifadə. İşin rasional təşkili.
irrasionalizm sözünün mənası nədir?
[ lat. ] Fəlsəfədə: obyektiv varlığı irrasional hesab edən və elmi, məntiqi idrakı inkar edən cərəyan.
irrasional sözünün mənası nədir?
sif. [ lat. ]
1. fəls. Fəlsəfədə: ağılla dərk edilə bilməyən, məntiqə uymayan, məntiqcə izah edilə bilməyən.
2. riyaz. Nə tam, nə də kəsr ədədlərlə ifadə oluna bilməyən, vahidlə ölçülə bilməyən. Sıfır, müsbət və mənfi kəsr və tam olmayan ədədlərə riyaziyyatda irrasional ədədlər deyilir.
irrasionallıq sözünün mənası nədir?
is. Ağılla dərk edilə bilməmə, məntiqə uymama, məntiqcə izah edilə bilməmə.
rasionalizm sözünün mənası nədir?
[ lat. ]
1. Ağlı idrakın yeganə mənşəyi hesab edən idealist fəlsəfi cərəyan.
2. Həyata şüurlu münasibət, hərəkətlərində şüurluluq.
rasionalist sözünün mənası nədir?
[ lat. ]
1. Rasionalizm tərəfdarı (bax rasionalizm 1-ci mənada).
2. Həyatda ancaq məntiq və ağlın tələblərinə əsaslanan adam.